«Mançester Yunayted»dən Tuqaya təklif
İngiltərədə uzun illər forma geyinən Tuqay Kərimoğluna «Mançester Yunayted»in baş məşqçisi Aleks Ferqyusondan təklif gəlib. İdman.com.az saytının məlumatına görə, Tuqay «Qalatasaray» infrastrukturuna gəldiyində 10 yaşında idi. Əsas komandada isə formanı tam 12 il geyindi. Sonra şansını Britaniyada sınamaq qərarına gəldi və karyerasının ən parlaq dövrünü İngiltərə Premyer Liqasında yaşadı. Tuqay Kərimoğlu artıq meydana yaxın olmağın zamanının gəldiyini deyib.

«Fanatik» qəzetinə verdiyi müsahibədə gənc məşqçi «Mançester Yunayted» - «Qalatasaray» matçı əvvəli Aleks Ferqyusonun onu axtardığını bildirdi.
İngiltərədən ciddi təkliflər aldığını dilə gətirən Tuqay, «2 ildir buradayıq. Ailəmlə artıq Türkiyədə yaşamağı seçdik. Uşaqlarım da bura təkrar adaptasiya oldu. İngiltərədən də təkliflər var. Ancaq mən ölkəmdə çalışmaq, türk futbolu üçün faydalı olmaq istəyirəm. Aleks Ferqyuson və köməkçisi məni axtarıb. Ferqyuson söhbət zamanı mənim bu an nə etdiyimlə maraqlandı. Sonra da açıq ürəkliliklə «Tuqay, bilirsən səni çox bəyənirəm. Futbol məlumatına və qabiliyyətinə də pərəstişkarım. Hansı mövzuda olursa olsun mənə ehtiyacın varsa, araya bilərsən. Bizim qapımız sənə hər vaxt açıqdı» dedi. İnanın çox qürurlandım» söyləyib.

Tuqay «Qalatasaray»da karyerasını davam etmək istədiyini deyib. İngiltərədə «Mançester Siti» çalışdıqdan sonra Türkiyəyə dönən, bir ara Hacinin də köməkçiliyini edən Kərimoğlu «Skaut olaraq, «Qalatasaray»a əhəmiyyətli adları qazandırdığımı düşünürəm. Ancaq mən artıq meydana enmək istəyirəm. Karyeramı məşqçi kimi davam etdirmək niyyətindəyəm. Mövsüm başında bir neçə təklif aldım. Xüsusilə Bank Asiya klublarından ciddi təkliflər aldım. Ancaq təcrübəmə görə Superliqada işləmək imkanında olduğumu düşünürəm» deyib.

Baş məşqçiliyin bir qrup işi olduğunu deyən 42 yaşlı futbol adamı, «Xüsusilə xaricdə qurduğum dostluqlardan sonra mükəmməl bir qrup qurdum. Bu işi edirsinizsə, qrupunuz da yaxşı olacaq. O səbəblə bir çox təmasdan sonra, futbolu bilən, futbolla yatıb-qalxan köməkçilər arxasına düşdüm. Qrupum indidən hazırdı. Gözəl bir təklif gəldiyində təcrübəmdən istifadə etmək, futbolçu kimi əldə etdiklərimi, məşqçi kimi də əldə etmək istəyirəm. Ancaq tək əsas komanda əsasında deyil. İnfrastruktur mövzusunda da yeni layihələrim var. Bir akademiya quraraq, bacardıqlarımı gənclərin əsas komandaya daha asan yol tapması üçün uğurla verəcəyimə inanıram» söyləyib.

Xəbər 1002 dəfə oxundu.