Polşa millisi dünya çempionatlarında antirekorda imza atıb
Futbol üzrə Polşa millisi dünya çempionatlarında antirekorda imza atıb.

Bu, Qətərdə təşkil olunan dünya çempionatının ilk turu çərçivəsində keçirilən Polşa - Meksika matçında qeydə alınıb.

Robert Levandovski 58-ci dəqiqədə Polşanı hesabda önə keçirmək şansı qazansa da, penaltini dəqiq yerinə yetirə bilməyib. Meksika millisinin qapıçısı Gilyermo Oçoa penaltini dəf edib.

Bununla da Polşa millisi mundiallar tarixində ardıcıl 3 dəfə penaltini qola çevirə bilməyən ilk komanda olub. R.Levandovskidən əvvəl 1972-ci ildə Kazimej Deyna, 2002-ci ildə isə Maçey Juravski pelatini qaçırıb.

Xəbər 179 dəfə oxundu.