Marneulidən olan soydaşlarımız Tbilisidə keçirilən turnirdə 4 medal qazanıblar
Tbilisidə idmanın Braziliya “Jiu-Jitsu” növü üzrə turnir keçirilib.
“Georgian Jiu-Jitsu Tour” adlı turnirdə Gürcüstanın regionlarından 5-34 yaş qruplarına aid yüzdən çox idmançı gücünü sınayıb.

Turnirdə Marneulidəki “İnkişaf və Təhsil Mərkəzi”nin nəzdində fəaliyyət göstərən idman klubunun 10 nəfər üzvü iştirak edib.

Məşqçi İmran Məmmədovun yetirmələri 1 gümüş, 3 bürünc medal qazanıblar.

Turnirdə 70 kiloqram (kq) çəki dərəcəsində çıxış edən Yaşar İdrisov ikinci, Adəm Musayev (23 kq) III, Əli Kələyev (70 kq) III və Nazim Çerepanov (100 kq) III yerə çıxıblar.

Xəbər 238 dəfə oxundu.