Bədii gimnastlarımız Tbilisidə 25 medal qazanıblar
Tbilisidə keçirilən “II New Look Cup” beynəlxalq turnirində “Ocaq Sport” klubunun bədii gimnastları 11 qızıl, 9 gümüş, 5 bürünc medal qazanıblar.

Gülnar Rəsulzadə, Sara Atakişiyeva və Fatimə Tarverdiyeva hərəsi 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bundan başqa, Aylin Yusifli 1 qızıl, 3 gümüş, Güllüzar Şərifova 1 qızıl, 1 gümüş və 1 bürünc, Leyla Əliyeva 2 gümüş, Xəzra Qasımlı, Nərgiz Əliyeva hərəyə 1 gümüş, 1 bürünc, Fatimə Zeynalova və Salma İsmayılova gümüş, Leyla Nemakinа isə bürünc medal qazanıblar.

Xəbər 193 dəfə oxundu.