“Bakı” qələbə arzusunda
“Bakı” Topaz Premyer Liqasının VII turunda “Sumqayıt”ı səfərdə məğlub etməyi hədəfləyib. İdman.com.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Bojidar Bandoviç klub televiziyasına açıqlama verib.

O bildirib ki, ötən tur “Neftçi”yə qalib gəlmiş “Sumqayıt”ı yenmək üçün əllərindən gələni edəcəklər. Eyni fikirləri müdafiəçi İbrahim Karqbo və yarımmüdafiəçi Rəhman Hacıyev də səsləndirib.

“Bakı” qarşıdakı oyuna öz təlim-məşq bazasında hazırlaşır. Taktiki və fiziki təmrilər üzərində çalışan futbolçuların yüksək əhval-ruhiyyədədirlər.

Qeyd edək ki, “Sumqayıt” – “Bakı” matçı sentyabrın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhərində baş tutacaq. Oyun saat 16:00-da başlanacaq.

Xəbər 1031 dəfə oxundu.