Şahmatçılarımız dünya çempionatında İsrail komandası ilə mübarizə aparacaqlar
Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəsi davam edir.

Komandamız bu gün İsrail yığmasına qarşı mübarizə aparacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət Azərbaycan yığması dörd turun nəticəsinə görə, “B” qrupunda 5 xalla ikinci yerdədir. Özbəkistan 6 xalla ilk pillədə qərarlaşıb. Hindistan, İsrail hərəyə 4, Polşa 3, ABŞ komandası isə 2 xal toplayıb.

Turnirdə ümumilikdə 12 komanda mübarizə aparır. Bir dövrəli sistem üzrə keçiriləcək beş turluq mübarizənin sonunda, qrupda ilk dörd yeri tutmuş komandalar yarışın dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar.

Xəbər 176 dəfə oxundu.