Dünya çempionatının açılış matçını stadiondan 67 min 372 tamaşaçı izləyib
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış matçını - Qətər - Ekvador oyununu stadiondan 67 min 372 tamaşaçı izləyib.

Bu, rəsmi protokollarda qeydə alınan və stadionda diktor tərəfindən açıqlanan azarkeşlərin sayıdır. Maraqlıdır ki, dünya çempionatının açılış matçının keçirildiyi "Əl-Beyt" arenasının tamaşaçı tutumu 60 min nəfərlikdir. Daha 7,4 min nəfərin necə yerləşdirildiyi isə məlum deyil.

Xatırladaq ki, noyabrın 20-də dünya çempionatının açılış matçı keçirilib. Ev sahibi Qətər bu oyunda Ekvadora 0:2 hesabı ilə uduzub. Mundial dekabrın 18-dək davam edəcək.

Xəbər 179 dəfə oxundu.