Qadın idman gimnastlarımız “Vera Caslavska Qran-Pri” beynəlxalq turnirində iştirak ediblər
Çex Respublikasının Brno şəhərində qadın idman gimnastikası üzrə “Vera Caslavska Qran-Pri” beynəlxalq turniri keçirilib.

Yarışda ölkəmizi yığma komandamızın üzvləri Nazənin Teymurova, Duyğu Məcidzadə, Dəniz Əliyeva, Nəzrin Hümbətova və Aytən Məmmədova təmsil ediblər.

Komandamızın üzvlərindən ən yaxşı nəticəni sərbəst hərəkətlər proqramında finala adlayan Nazənin Teymurova göstərib. İdmançımız final çıxışının yekununda yarışı 6-cı pillədə başa vurub.

Xəbər 188 dəfə oxundu.