Millimiz yoxlama oyununda qalib gəlib
Bakıda təlim-məşq toplanışını davam etdirən 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

"Səbail-2" komandası ilə oyun 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.

U-18-in qollarını 51-ci dəqiqədə Sadiq Şəfiyev və 90-cı dəqiqədə Şahin Şahniyarov vurub.

Xəbər 157 dəfə oxundu.