Blatterdən növbəti razılıq | |
Sentyabrın 22-də Azərbaycanda start götürən 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatı FİFA-da müzakirə obyektinə çevrilib. İdman.com.az saytının məlumatına görə, ali futbol qurumunun prezidenti Yozef Blatterin sədrliyi ilə İsveçrənin Sürix şəhərində keçirilən İcraiyyə Komitəsinin 2 günlük iclasında bir sıra məsələlərə baxılıb. Artıq işini başa çatdıran müzakirələrdə hazırda ölkəmizdə keçirilən turnirdən razılıq ifadə olunub. Belə ki, FİFA-nın qadın futbolunu gələcək nəslini təmin etməyi Azərbaycandakı yarış yaxşı bir nümunə kimi qeyd olunub. Qeyd edək ki, Blatter Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən açılış mərasimində iştirak etmişdi. |
|
Xəbər 978 dəfə oxundu. |
|
|