Qılıncoynadanımız Boqarıstanda keçirilən turnirində qızıl medal qazanıb
Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Zərifə Hüseynova Boqarıstanın Sofiya şəhərində keçirilən "Etropolski" turnirində qızıl medal qazanıb.

Qrupda keçirdiyi 6 görüşü mütləq nəticə ilə başa Z.Hüseynova finala gedən yolda Böyük Britaniya, Macarıstan, Yunanıstan, Türkiyə və Polşanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib.

Həlledici görüşdə Bolqarıstan sablyaçısı Mariela Georgievanı 15:11 hesabı ilə məğlub edərək 23 ölkədən 213 iştirakçı arasında keçirilən turnirin qalibi adını qazanıb.

Xəbər 269 dəfə oxundu.