Azərbaycan şahmatçısı Eltac Səfərli beynəlxalq turnirin qalibi olub
Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirin qalibi olub.

Qrosmeysterimiz sonuncu turda Almaniya təmsilçisi Yulian Krameri məğlub edib. Yekunda 6,5 xal toplayan E.Səfərli yarışı birinci pillədə başa vurub.

Qeyd edək ki, 7 turdan ibarət yarışda 188 şahmatçı mübarizə aparıb.

Xəbər 250 dəfə oxundu.