Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Komandamız səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.

Skopyedəki Todor Proeski Milli Arenasında oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Ardıcıl 4 oyundur qələbə qazanan Azərbaycan millisi yoldaşlıq matçında son olaraq, səfərdə Moldova seçməsini 2:1 hesabı ilə məğlub edib.

Xəbər 174 dəfə oxundu.