İspaniya millisinin müdafiəçisi Xose Qaya dünya çempionatında iştirak etməyəcək
İspaniya millisinin müdafiəçisi Xose Qaya Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

İordaniya ilə yoxlama matçında zədələnən futbolçu yığmanın heyətindən çıxarılıb.

Əvəzində heyətə “Barselona”nın futbolçusu Alexandro Balde dəvət olunub.

Qeyd edək ki, İspaniya millisi dünya çempionatına noyabrın 23-də Kosta-Rika ilə oyunla başlayacaq.

Xəbər 167 dəfə oxundu.