Cüdoçularımız Albaniyada təlim-məşq toplanışında iştirak edirlər
Qadınlardan ibarət milli yığma komandamızın 9 üzvü Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışına qatılıb.

Hazırlıq prosesi noyabrın 13-də başlayıb və 23-dək davam edəcək. Təlimdə İsveçrə, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya, Finlandiya, Bolqarıstan, Yunanıstan, Çexiya, Macarıstan və digər ölkələrdən 100-ə yaxın idmançı iştirak edir.

Cüdoçularımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Kifayət Qasımova rəhbərlik edirlər.

Təlim-məşq prosesi qarşıdakı yarışlarda uğurlu nəticə qazanmaq məqsədi daşıyır.

Xəbər 203 dəfə oxundu.