Kişilər və qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatları keçiriləcək
Dekabrın 2-dən 4-dək kişilər və qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatları keçiriləcək.

çempionatların təşkilində əsas məqsəd dekabrın 25-30-da Qazaxıstanın Almatı şəhərinin ev sahibliyi edəcəyi rapid və blits üzrə dünya çempionatına gedəcək şahmatçıların müəyyən edilməsidir.

Qadınların çempionatında beynəlxalq əmsalı (klassik, rapid və ya blits) 2100, kişilərin çempionatında isə (klassik, rapid, blits) 2400-dən yuxarı olan şahmatçılar iştirak edə bilərlər.

Xəbər 246 dəfə oxundu.