“Sabah” və “Neftçi”nin futbolçuları Gürcüstan millisinin heyətində meydana çıxıblar
Futbol üzrə Gürcüstan millisi Birləşmiş Ərəb Əmirlikləri toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib.

Komanda Mərakeşlə qarşılaşıb. Gürcüstan millisi dünya çempionatında iştirak edəcək Mərakeş yığmasına 0:3 hesabı ilə uduzub.

Bu oyunda Gürcüstan millisinin heyətində "Neftçi" və "Sabah"ın futbolçuları da meydana çıxıblar. “Neftçi”nin müdafiəçisi Solomon Kverkveliya əsas heyətdə oynayıb, 78-ci dəqiqədə əvəzlənib. "Sabah"ın hücumçusu Davit Volkov isə 62-ci dəqiqədə komanda yoldaşının əvəzinə meydana daxil olub.

Xəbər 200 dəfə oxundu.