İspaniyanın “Elçe” klubunun yeni baş məşqçisi müəyyənləşib
İspaniyanın “Elçe” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

La Liqa təmsilçisi Pablo Maçinlə anlaşıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

"Elçe" hazırda La Liqada sonuncu pillədə qərarlaşıb.

İspaniyalı məşqçi ölkəsində "Jirona", "Espanyol" və "Sevilya"nın da baş məşqçisi olub. O, son dəfə Səudiyyə Ərəbistanın "Əl-Raed" klubunu çalışdırıb.

Xəbər 170 dəfə oxundu.