Argentina millisi dünya çempionatından əvvəl ciddi itki ilə üzləşib
Argentina millisi Qətərdə keçiriləcək dünya çempionatından əvvəl ciddi itki ilə üzləşib.

İtaliyanın "İnter" klubundan yığmaya cəlb olunan Xoakin Korrea mundialı buraxacaq. İyirmi səkkiz yaşlı hücumçu sol ayağından zədə alıb. X.Korreanın yerinə komandaya ABŞ-ın MLS liqasında çıxış edən "Atlanta"nın hücumameyilli yarımmüdafiəçisi Tiaqo Almada çağırılıb.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Argentina C qrupunda Meksika, Polşa və Səudiyyə Ərəbistanı ilə birgə mübarizə aparacaq.

Xəbər 169 dəfə oxundu.