Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə start verilir
Bu gün ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 52 dövlət qurumunun iştirakı ilə minifutbol turnirinə start verilir.

Turnirin ilk oyununda SOCAR və KOBİA komandaları qarşılaşacaqlar. Matç saat 20:00-da açılış mərasimindən dərhal sonra Bakı Tennis Akademiyasında məlum olacaq.

Açılış mərasimi və ilk qarşılaşma “CBC Sport” telekanalında və nazirliyin sosial şəbəkə hesablarında canlı yayımlanacaq.

Yarışın ilk turunun oyunları noyabrın 19-da və 20-də keçiriləcək. Yarışda mübarizə aparacaq komandası ilk oyununu Müdafiə Nazirliyinin komandasına qarşı keçirəcək və matç noyabrın 20-də oynanılacaq.

Xəbər 202 dəfə oxundu.