Seneqal millisinin futbolçusu Sadio Mane dünya çempionatında iştirak etməyəcək
Seneqal millisinin və "Bavariya"nın futbolçusu Sadio Mane əməliyyat olunub.

Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda futbolçunun əməliyyatının uğurla keçdiyi bildirilib. Otuzyaşlı yarımmüdafiəçinin bu səbəbdən Seneqal millisinin heyətində dünya çempionatında oynaya bilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, Seneqal yığması noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq mundialda Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.

Xəbər 175 dəfə oxundu.