İctimai TV futbol üzrə dünya çempionatının oyunlarını canlı yayımlayacaq
Noyabrın 20-də Qətərdə futbol üzrə 22-ci dünya çempionatına start veriləcək.

Dekabrın 18-dək davam edəcək dünya çempionatının oyunlarını eksklüziv olaraq İctimai TV və İctimai Radionun efirindən canlı izləmək mümkün olacaq.

Çempionatın təntənəli açılış mərasimi noyabrın 20-də saat 18:45-də başlayacaq.

İlk qarşılaşma - ev sahibi olan Qətər milli komandası ilə Ekvador yığması arasında həmin gün saat 20:00-da keçiriləcək.

Xəbər 203 dəfə oxundu.