“Murov” klubunun Çağırış kuboku yarışında növbəti rəqibi müəyyənləşib
Azərbaycanı Çağırış kuboku yarışında təmsil edən kişi voleybolçulardan ibarət “Murov” klubunun növbəti rəqibi müəyyənləşib.

Azərbaycan təmsilçisinin səkkizdəbir final mərhələsindəki rəqibi Niderlandın “Orion” kollektivi olacaq.

Niderland təmsilçisi 1/16 finalda Lüksemburqun “Stroosen” klubunu yarışdan kənarlaşdırıb.

Qeyd edək ki, “Murov” 1/16 final mərhələsində Avstriyanın “Qraz” komandasına hər iki oyunda 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 185 dəfə oxundu.