Xizək alpinizmi idman növü üzrə gənc idmançıların seçimi keçirilib
Azərbaycanda qış idman növlərinin inkişafı, bu idman növləri üzrə idmançıların yetişdirilməsi, həmçinin Milli Yığma Komandanın formalaşdırılması məqsədilə xizək alpinizmi idman növü üzrə gənc idmançıların seçimi prosesi keçirilib.

Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi QSC-nin birgə təşkilatçılığı ilə baş tutan seçimlər federasiya tərəfindən dəvət olunan beynəlxalq məşqçilər Patrik Kampays və Filip Gayet tərəfindən həyata keçirilib.

Nəticələrə əsasən iki qrup olmaqla 11 nəfər gənc idmançı seçilib.

A qrupu üzrə 3 qız və 3 oğlan, B qrupunda isə 2 qız və 3 oğlan təyin edilib.

Seçilmiş idmançılar Azərbaycanı gələcəkdə beynəlxalq yarışlarda təmsil etmək üçün federasiyanın dəvət etdiyi xizək alpinizmi üzrə məşqçi Patrik Kampays tərəfindən hazırlanacaq.

Məşqlər “Şahdağ” Turizm Mərkəzində həyata keçiriləcək.

Xəbər 174 dəfə oxundu.