“Sabah” ən çox qol vurmuş futbolçusu ilə yeni müqavilə imzalayıb
Bakının “Sabah” futbol klubu Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.

Alman vingerlə mövsümün sonunda başa çatacaq müqavilə müddəti artırılıb. Yeni anlaşmanın müddəti 1+1 illikdir.

Mikels 2021-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.

Xəbər 183 dəfə oxundu.