Beynəlxalq dərəcəli hakim Fuad Ağayev CEV tərəfindən yeni təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz bu gün CEV kuboku yarışının 1/16 final mərhələsinin matçını idarə edəcək.

F.Ağayev kişi voleybolçular arasında “Dinamo” (Buxarest, Rumıniya) - “Lüneburq” (Almaniya) qarşılaşmasının baş hakim olacaq. Matçın ikinci hakimi vəzifəsini isə bosniyalı Jasmin Huseynoviç yerinə yetirəcək.

Xəbər 182 dəfə oxundu.