Aerobika gimnastikası üzrə birinci səviyyəyə aid məşqçilik kurslarının onlayn hissəsi başa çatıb | |
Azərbaycan Gimnastika Federasiyasının (AGF) məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair qaydalarına uyğun olaraq keçirilən aerobika gimnastikası üzrə birinci səviyyəyə aid (5-7 yaşlı gimnastlarla çalışan məşqçilər üçün) məşqçilik kurslarının onlayn hissəsi başa çatıb. Noyabrın 18-20-də Milli Gimnastika Arenasında bolqarıstanlı mütəxəssis Kaloyan Kaloyanovun rəhbərliyi altında kursların nəzəri və təcrübi tədris hissəsi təşkil olunacaq. Kurslarda iştirak etmək istəyənlər ilin əvvəlində istifadəyə verilmiş AGF-nin tədris saytında (https://tedris.agf.az/main) qeydiyyatdan keçərək gimnastika növləri üzrə tədris materialları ilə tanış olur, daha sonra imtahan verirlər. Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir. Onlayn kursları və imtahanları uğurla başa vuran məşqçilər elektron qaydada dinləyici sertifikatı əldə edirlər. |
|
Xəbər 187 dəfə oxundu. |
|
|