Millimizin üzvü “Antalyaspor”a keçə bilər
İsveçrənin “Qrashopper” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşov mövsümün sonunda komandasını dəyişə bilər.

23 yaşlı forvarda Türkiyənin Super Liqa klubu “Antalyaspor” maraq göstərir.

Nuri Şahinin baş məşqçisi olduğu elita təmsilçisi millimizin üzvünü yaxından izləyir. Klub mövsümün sonunadək futbolçunu diqqətdə saxlayıb, daha sonra qərar vermək niyyətindədir.

Bu yay “Vulverhempton”dan “Qrashopper”ə keçən R.Dadaşov 15 matçda 4 qol, 1məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 175 dəfə oxundu.