“Fənərbağça”nın sabiq futbolçusu Braziliya klubuna baş məşqçi təyin olunub
Futbol üzrə Braziliya yığmasının və Türkiyənin “Fənərbağça” klubunun sabiq futbolçusu Aleks De Souzanın yeni iş yeri məlum olub.

45 yaşlı mütəxəssis Braziliya B Seriyasında çıxış edəcək “Avai" komandasının baş məşqçi postuna gətirilib.

Onunla müddəti 2023-cü il mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Aleks De Souza daha əvvəl "San Paulo"nun U-20 komandasını çalışdırıb. “Avai” isə son mövsümdə A Seriyasında 19-cu yeri tutaraq elitanı tərk edib.

Xəbər 153 dəfə oxundu.