“Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov karyerasını Kiprdə davam etdirə bilər
“Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov mövsümün sonunda komandanı tərk edə bilər.

Futbolçu ilə Kiprin “Karmiotis” klubu maraqlanır. Adı çəkilən komanda mövsüm başa çatan kimi Ü.İsgəndərov ilə danışıqlara başlamaq niyyətindədir.

Qeyd edək ki, “Qəbələ”nin üzvü ötən mövsüm Türkiyə və Kipr klublarından dəvət gəlsə də, o, “Qəbələ”də qalmağa üstünlük vermişdi.

Xəbər 179 dəfə oxundu.