Kikboksinq üzrə böyüklərin Avropa çempionatında Azərbaycan komandası uğurlu çıxışını davam etdirir
Türkiyənin Antalya şəhərində kikboksinq üzrə böyüklərin Avropa çempionatında Azərbaycan komandası uğurlu çıxışını davam etdirir.

Azərbaycanın veteran kikboksçusu Eduard Məmmədov kikboksinqin iki kateqoriyası üzrə finala çıxıb. O, çıxış etdiyi 63 kiloqram çəki dərəcəsində “Light contact”da Çətin Korkmaz (Türkiyə) və Vladimir Dudinskiyə (Slovakiya) qalib gəlib. E.Məmmədov “Kick light”də də Vladimir Dudinskiyə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Hər iki final görüşləri noyabrın 16-da keçiriləcək.

Xəbər 236 dəfə oxundu.