Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib
Braziliya millisinin sabiq futbolçusu Dieqo Ribas karyerasını bitirib.

Son olaraq “Flamenqo”da forma geyinən 37 yaşlı yarımmüdafiəçisi vida matçına çıxıb.

O, A seriyasında “Avai” ilə keçirilən qarşılaşma ilə futbolla vidalaşıb.

Qeyd edək ki, futbolçu “Santos”, “Porto”, “Verder”, “Yuventus”, “Volfsburq”, “Atletiko” və “Fənərbağça” klublarında çıxış edib. Braziliya yığmasında 34 oyuna çıxan Dieqo iki dəfə Amerika kuboku yarışını qazanıb.

Xəbər 182 dəfə oxundu.