İbrahima Banqura özünə yeni klub tapıb
“Xəzər Lənkəran”ın sabiq üzvü İbrahima Banqura özünə yeni klub tapıb. 29 yaşlı qvineyalı futbolçu karyerasını Yunanıstan çempionatında davam etdirəcək.
Belə ki, Banqura bu ölkənin “Aris” klubu ilə müqavilə bağlayıb. O, “Xəzər Lənkəran”dan ayrılandan sonra işsiz qalmışdı.
Qeyd edək ki, Banqura “Xəzər Lənkəran”a ötən ilin fevralında Türkiyənin “Konyaspor” klubundan keçmişdi. “Ağ-yaşıl” formada 16 oyun keçirən futbolçu daha sonra komandadan ayrılmalı olmuşdu. Əvvəllər Fransanın “İstres”, “Troya”, “Vasquehal” və Türkiyənin “Dənizlispor” klublarında top qovmuş afrikalı Qvineya yığmasında 22 oyun keçirib.

Xəbər 990 dəfə oxundu.