Premyer Liqanın XIV turu “Sumqayıt”ın futbolçusu üçün əlamətdar olub
Azərbaycan Premyer Liqasının XIV turu Vurğun Hüseynov üçün əlamətdar olub. Otuz dörd yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində 200-cü çempionat oyununa çıxıb.

“Gənclik şəhəri” təmsilçisinin kapitanının yubileyi “Şamaxı” ilə səfər qarşılaşmasına təsadüf edib. Bu görüşdə Sumqayıt təmsilçisi 2:4 hesabı ilə uduzub.

2013/2014-cü il mövsümündən bu komandada çıxış edən V.Hüseynov 200 matçda 2 qola imza atıb. O, klub tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçudur. Futbolçu ölkə çempionatları tarixində eyni komandada 200 və daha çox qarşılaşmada iştirak edən 23-cü oyunçudur.

Xəbər 184 dəfə oxundu.