“Şamaxı” klubu Azərbaycan Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb
“Şamaxı” klubu Azərbaycan Premyer Liqasında ardıcıl iki qələbə qazanıb. Bölgə təmsilçisi hər iki görüşdə ikidən çox qol vurmaqla məhsuldarlıq nümayiş etdirib. Baş məşqçi Vüqar Əsgərlinin yetirmələri “Turan Tovuz”la səfər (3:1), “Sumqayıt”la ev (4:2) qarşılaşmasında fərqləniblər.

Şamaxının eyniadlı təmsilçisinin ardıcıl iki matçda 3 və ya daha çox qol vurmasına sonuncu dəfə 2015-ci ilin mayında təsadüf olunub. Yeddi il 6 ay əvvəl komanda hələ Bakı “İnter”i adı altında çıxış edirdi. Doxsan ay əvvəl komanda səfərdə “Simurq”u 3:2, evdə “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, “Şamaxı” ölkə çempionatlarında 91 dəfə üç və ya daha çox qol vurub.

Xəbər 186 dəfə oxundu.