“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan millisinə dəvət olunub
Bakının “Neftçi” futbol klubunun müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan millisinə dəvət olunub.

30 yaşlı futbolçu millinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.

Gürcüstan yığması toplanış çərçivəsində noyabrın 17-də Mərakeş millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, S.Kvirkveliya Gürcüstan millisinin heyətində 46 oyun keçirib.

Xəbər 184 dəfə oxundu.