Azərbaycan Badminton Federasiyasının 60 illik yubileyinə həsr olunmuş turnir keçiriləcək
Noyabrın 19-u 1 nömrəli idman liseyində Əməkdar məşqçi Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turniri keçiriləcək.

Startı saat 10:00-da veriləcək turnir federasiyasının 60 illik yubileyinə həsr olunub.

Otuz beş yaşdan yuxarı şəxslər kişi və qadınların qoşa yarışında qüvvəsini sınaya biləcək.

Yarış iştirakçı sayından asılı olaraq qrup və ya Olimpiya sistemi üzrə təşkil olunacaq.

Müraciətlər noyabrın 16-dək davam edəcək.

Xəbər 275 dəfə oxundu.