Uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası uğurlu çıxışını davam etdirir
Yunanıstanın Afina şəhərində uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası uğurlu çıxışını davam etdirir.

Yığmamızın üzvləri Hüseyn Dəyyanlı (42 kq) yeniyetmələr, Yusif Azadi (48 kq), Fuad Əfəndiyev (70 kq) gənclər, Əli Fətullayev (52 kq) kişilər arasında keçirilən çinda yarışında qalib gələrək birinci yeri tutublar.

Kişilər arasında 70 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov isə bütün rəqiblərinə qalib gələrək beşinci dəfə uşu üzrə Avropa çempionu titulunu qazanıb.

Sanda yarışlarında ölkəmizi təmsil edən idmançılarımız bu gündən mübarizəyə qoşulurlar.

Avropa çempionatında yığmamız böyüklərdən ibarət komandanın böyük məşqçisi Bahəddin Səlimov və gənclərin baş məşqçisi Elçin Eminovun rəhbərliyi ilə iştirak edirlər.

Qitə çempionatı noyabrın 15-dək davam edəcək.

Xəbər 185 dəfə oxundu.