Moldova – Azərbaycan oyununu ukraynalı hakimlər briqadası idarə edəcək
Futbol üzrə Azərbaycan milli komandasının Moldova yığması ilə beynəlxalq yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.

Matçı ukraynalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Denis Şurman olacaq. Ona Aleksandr Jukov və Viktor Nıjnık kömək edəcəklər. Dördüncü hakim funksiyasını moldovalı Roman Jitari yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matç “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 221 dəfə oxundu.