Dünyanın ən sürətli qolu
Bu günlərdə dünya futbol tarixinin ən sürətli qolu qeydə alınıb. Bu hadisə Serbiyada baş verib. İdman.com.az saytının məlumatına görə, Belqrada yerli «Polyot» və «Dorçol» klubları arasındakı matç meydan sahiblərinin xeyrinə 4:1 hesabı ilə başa çatıb. Hesab isə görüşün artıq 2-ci saniyəsində açılıb.

«Polyot»un yarımmüdafiəçisi Vuk Bakiç hakimin fiti səslənərkən topu mərkəz dairədən komanda yoldaşına ötürmək əvəzinə ilk toxunuşla rəqib qapısına göndərib. Top qapıçının üzərindən aşıb qapıya daxil olub. Bununla da qonaqlar artıq ilk dəqiqədə oyuna mərkəzdən başlamalı olublar.
Bakiçin qolu internetdə böyük marağa səbəb olub. Onu artıq 55 min istifadəçi izləyib.

Xəbər 897 dəfə oxundu.