İtaliya A Seriyası: “Milan” minimal hesabla qələbə qazanıb | |
Noyabrın 13-də futbol üzrə İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunu keçirilib. "San Siro" stadionunda "Milan" “Fiorentina” komandasını qəbul edib. Oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb. Milanlıların heyətində hesabı 2-ci dəqiqədə Olivier Jiru açıb. 28-ci dəqiqədə qonaqlar Antonin Barakla hesabı bərabərləşdirsələrdə, gücləri bundan artığına çatmayıb. Belə ki, 90+4-cü dəqiqədə serbiyalı müdafiəçi Nikola Milenkovicin avtoqolu ilə “Milan” 2-1 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 33-ə çatdıraraq A Seriyasında bir oyun az keçirən “Latsio”nu qabaqlayaraq ikinci yerdə qərarlaşıb. “Fiorentina” klubu isə 19 xalla onuncu sıradadır. Çempionata isə 15 oyundan sonra 44 xal toplayan “Napoli” klubu başçılıq edir. |
|
Xəbər 158 dəfə oxundu. |
|
|