Neymar «Santos»a baha başa gələ bilər
İspan «Barselona»sı Braziliya «Santos»u ilə hücumçu Neymarın əldə edilməsi üzrə ilkin razılığa gəlib. Braziliyalıları razı salan məbləğ 58 milyon avro məbləğində müəyyənləşib.

İdman.com.az saytının məlumatına görə, bu günlərdə PSJ-də braziliyalını almaq üçün son cəhdini edib. Lakin «Santos» rəhbərliyi bu təklifi rədd edərək, «Barselona» ilə razılığın artıq əldə edildiyini söyləyib.

İspaniyanın «Sport» qəzetinin yazdığına görə, Braziliya və Kataloniya klublarının razılığında belə bir bənd də var ki, əgər Neymar «Barselona»ya keçməzsə, «Santos» qarşı tərəfə cərimə sanksiyası kimi 40 milyon avro ödəməli olacaq.

Neymarın «Santos»la müqaviləsi 2014-cü ilədəkdir. Əvvəllər bildirilirdi ki, forvardın «Barselona»ya keçidi 2013-cü ildən tez olmayacaq.

Xəbər 1009 dəfə oxundu.