Azərbaycan millisi yoldaşlıq oyununda Xorvatiya yığmasına uduzub | |
Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib. “Dalğa Arena”da keçirilmiş Azərbaycan - Xorvatiya oyunu 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Millimizin qolunu qarşılaşmanın 31-ci dəqiqəsində Nazlıcan Parlak vurub. Komandalar arasında noyabrın 10-da keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi. |
|
Xəbər 176 dəfə oxundu. |
|
|