Arda etirafı
«Qalatasaray»ın prezidenti Ünal Aysaldan Arda etirafı gəlib.
Mövsüm başında Madrid «Atletiko»sunun yaşadığı maddi problemlər səbəbiylə Ardanın «Qalatasaray»a geri dönüşü ehtimalı yaranmışdı. Hətta «Atletiko»nun prezidenti Jil Marinin İstanbul səfəri əsnasında bu transfer də danışılmışdı.

İdman.com.az saytının məlumatına görə, mətbuatda da əksini tapan bu xəbər o günlərdə «Qalatasaray» rəsmiləri tərəfindən yalanlanmışdı. Ancaq indi Ünal Aysal, canlı yayımda gedən bir verilişdə Ardanı istədiklərini, lakin «Atletiko»nun prezidenti Marinin təklifi qəbul etmədiyini söyləyib.

Xəbər 811 dəfə oxundu.