Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin: İsayev Xəzər Ağali oğlu Meftahəddinova Zemfira Əli qızı Rəhimov Nazir Həzrətqulu oğlu Şabanova Rəfiqə Mahmud qızı. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 12 noyabr 2022-ci il |
|
Xəbər 257 dəfə oxundu. |
|
|