Türkiyə Super Liqası: “Qalatasaray” böyük hesablı qələbə qazanıb
Futbol üzrə Türkiyə Super Liqasının XIV turu çərçivəsində “Başakşəhər” və “Qalatasaray” komandaları üz-üzə gəlib.

“Başakşəhər Fatih Terim Stadionu”nda keçirilmiş görüşdə “sarı-qırmızılılar” böyük hesablı qələbə qazanıblar – 7:0. Matçda qolları Kərəm Aktürkoğlu (14, 59, 85), Mauro İkardi (45), Dres Mertens (65), Əbdülkərim Bardakçı (88) və Yusuf Ndayişimiye (öz qapısına, 45+4) vurublar.

Bu nəticədən sonra “Qalatasaray” 27 xalla 2-ci yerə yüksəlib. “Başakşəhər” isə 24 xalla 4-cü pilləyə geriləyib.

Xəbər 175 dəfə oxundu.