Serbiya millisinin dünya çempionatı üçün yekun heyəti müəyyənləşib
Futbol üzrə Serbiya millisinin dünya çempionatı üçün yekun heyəti müəyyənləşib.

Baş məşqçi Draqan Stoykoviç yığmaya 26 futbolçu dəvət edib.

Heyətdə qapıçılar - Marko Dmitroviç ("Sevilya"), Predraq Raykoviç ("Malyorka"), Vanya Milinkoviç-Saviç ("Torino"), müdafiəçilər - Stefan Mitroviç ("Xetafe"), Nikola Milenkoviç ("Fiorentina"), Straxinja Pavlovic ("Zalsburq"), Miloş Velkoviç ("Verder"), Filip Mladenoviç ("Legiya"), Strahinya Erakovic ("Srvena Zvezda"), Srdjan Babiç (“Almeriya”), yarımmüdafiəçilər - Nemanya Qudel (“Sevilya”), Serxiu Milinkoviç-Saviç (“Latsio”), Saşa Lukiç (“Torino”), Marko Qruyiç (“Portu”), Filip Kostiç (“Yuventus”), Uroş Raçiç (“Braqa”), Nemanya Maksimoviç (“Xetafe”), İvan İliç, Darko Lazovic (hər ikisi "Verona"), Andriya Jivkovic (PAOK), hücumçular - Duşan Tadiç ("Ayaks"), Aleksandar Mitroviç ("Fulhem"), Duşan Vlahoviç ("Yuventus"), Filip Curiçiç ("Sampdoriya"), Luka Yoviç ("Fiorentina") və Nemanya Radonyiç ("Torino") yer alıblar.

Qeyd edək ki, mundial noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Serbiya G qrupunda İsveçrə, Braziliya və Kamerunla qarşılaşacaq.

Xəbər 171 dəfə oxundu.