Azərbaycan Premyer Liqası: Bu gün XIV turun daha iki oyunu keçiriləcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XIV turun daha iki oyunu keçiriləcək.

Hər iki matç Bakıda oynanılacaq.

Günün ilk qarşılaşmasında "Zirə" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 19 xalla beşinci, qonaqlar 10 xalla 7-ci pillədə qərarlaşıblar.

Günün ikinci matçında "Neftçi" "Qəbələ" ilə üz-üzə gələcək. Bakı təmsilçisi 26 xalla üçüncü, Qəbələ klubu 20 xalla dördüncü yerdədir.

Qeyd edək ki, turun ilk görüşündə "Şamaxı" klubu "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib. Turun “Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ” matçları isə noyabrın 13-də keçiriləcək.

Xəbər 167 dəfə oxundu.