Samboçumuz dünya çempionatının gümüş medalını qazanıb
Qırğızıstanın Bişkek şəhərində sambo güləşi və döyüş sambosu üzrə dünya çempionatı start götürüb.

çempionatın birinci günündə təmsilçimiz Elvin Bağırov (64 kq) gümüş medal qazanıb.

Qeyd edək ki, sambo üzrə ilin əsas yarışında dünyanın 50-dən çox ölkəsindən ən güclü idmançılar iştirak edirlər.

Xəbər 176 dəfə oxundu.