Azərbaycan Premyer Liqası: “Şamaxı” komandası “Sumqayıt”a qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun açılış oyunu keçirilib.

Şamaxı şəhər stadionunda keçirilən “Şamaxı” – “Sumqayıt” oyunu meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın qollarını Rövşən Şahmuradov, Nihad Quliyev və Kamran Quliyev vurub. Rəqib yığmada isə Vüsal İsgəndərli və Rüfət Abdullazadə fərqləniblər.

“Şamaxı” komandası yekunda xallarının sayını 10-a çatdıraraq yeddinci sıradakı “Səbail”ə çatıb. “Sumqayıt” təmsilçisi isə beş xalla onuncu - sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, noyabrın 12-də “Zirə” – “Səbail”, “Neftçi” – “Qəbələ”, noyabrın 13-də “Kəpəz” – “Turan Tovuz”, “Sabah” – “Qarabağ” qarşılaşmaları təşkil olunacaq.

Xəbər 172 dəfə oxundu.